RU

Bakı metrosunda qatarların hərəkəti qrafik üzrə bərpa olunub - YENİLƏNİB-2 VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

12:30

Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qırmızı xətt üzrə hərəkət edən, texniki nasazlıq qeydə alınan qatar isə köməkçi qatarın cəlb olunması ilə xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb: “Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. İntervallar qısa müddətdə bərpa olunacaq”.

11:59

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” sahəsində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır.

“Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir”, - deyə məlumatda qeyd olunub.

 

Избранный
21
20
azertag.az

10Источники