RU

Bakı metrosunda qatarların qrafik üzrə hərəkəti bərpa olunub

Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, yubanmalar yoxdur.

***12:21

"Hazırda Bakı metrosunun Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur".

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, intervallar qısa müddətdə bərpa olunacaq.

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

"Yaranmış narahatlığa görə sərnişinlərimizdən üzr istəyirik!", - deyə məlumatda bildirilib.

***11:49

"Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər–Sahil" mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb".

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir",-deyə məlumatda qeyd edilir.

***11:35

Bakı metrosunun "Sahil" stansiyasında işıqlar sönüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə hazırda baş verib. Nəticədə qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Metropolitenə sorğu ünvanlamışıq.

Избранный
26
20
far.az

10Источники