RU

"Artıq 60 gündən çoxdur maaşımız verilmir..." - İşçilər ÇƏTİN DURUMDA

[center][/center]Naxçıvanda yol tikintisi sahəsində çalışan işçilər maaşlarının iki aydır verilmədiyini və əmək hüquqlarının pozulduğunu bildirirlər. Onların sözlərinə görə, tətbiq olunan yeni sərt qaydalar maaşların kəsilməsinə və gecikdirilməsinə səbəb olur.Bu barədə “Gündəlik Naxçıvan”a Yol Təmir Tikinti İstismar MMC və Naxçıvan Yol Nəqliyyat Agentliyinin bir qrup əməkdaşı məlumat verib.Şikayətçilərdən R. Məmmədov deyir ki, dekabr ayından bəri maaşlar ödənmir:“Artıq 60 gündən çoxdur maaşımız verilmir. Ailəmiz var, kredit ödəyənlər, kirayədə qalanlar var. Vəziyyətimiz gün-gündən pisləşir. Digər idarələr fevralın maaşını alır, biz isə hələ yanvarın pulunu gözləyirik. Bu gün, sabah deyib yola verirlər, konkret tarix demirlər. Etiraz edənlərə dolayı təzyiq göstərilir, narazı qalanlara isə qapını göstərirlər.”Digər şikayətçi E. Əsədov bildirir ki, maaşların gecikməsi ilə yanaşı, iş rejimi də ağırlaşdırılıb:“Problem təkcə maaşların yubanması deyil. Ailə məsələsinə görə 1 saatlıq icazə alanda bizə məcburi şəkildə öz hesabımıza məzuniyyət ərizəsi yazdırırlar və həmin günün maaşı kəsilir. 5 dəqiqə gecikəndə töhmət verilir. Bəzən sərt, etik qaydalara uyğun olmayan, təhqiredici davranışlarla qarşılaşırıq.Elə mühit yaradılıb ki, sanki hər an işdən çıxarılmaq təhlükəsi var. Şikayətimizə baxan, hüquqlarımızı qoruyan yoxdur. Bizim də ailəmiz var. Yaxşı olar ki, aidiyyəti qurumlar məsələyə müdaxilə edib pozulmuş hüquqlarımızı bərpa etsin.”(“Gündəlik Naxçıvan”)

Избранный
10
yenisoz.az

1Источники