RU

Göyçayda “Qəhrəmanlarımızı tanıyaq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Göyçay rayonunda şəhidlərdən bəhs edən “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində eyni adlı kitabın təqdimat mərasimi keçirilib.

QHT.az xəbər verir i, Göyçayda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq” adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində Göyçay rayonundan olan İkinci Qarabağ müharibəsi şəhidlərinin həyat və döyüş yolundan bəhs edən kitab ictimaiyyətə təqdim olunub.

Tədbiri giriş sözü ilə açan birliyin sədri Samirə Mustafayeva layihənin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd gənclərə şəhidlərin həyat hekayələrini çatdırmaq, onların qəhrəmanlığını tanıtmaq və vətənpərvərlik ruhunu gücləndirməkdir.

Daha sonra söz kitabda haqqında bəhs olunan şəhidlərin valideynlərinə və yerli ictimaiyyət nümayəndələrinə verilib. Çıxış edənlər belə layihələrin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb, şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini qeyd ediblər.

Tədbirdə layihə rəhbəri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Layihə çərçivəsində nəşr olunan “Qəhrəmanlarımızı tanıyaq” kitabı iştirakçılara paylanılıb.

Избранный
13
2
qht.az

3Источники