RU

“Uşaqlarda uroloji xəstəliklər zamanı kliniki şikayətlər” mövzusunda seminar həyata keçiriləcəkdir

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

27 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Uşaqlarda uroloji xəstəliklər zamanı kliniki şikayətlər” mövzusunda seminar həyata keçiriləcəkdir.

Seminarda Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.

Seminar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!

Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
sia.az

2Источники