RU

“Nyukasl”ın futbolçusu “Qarabağ” oyunundan danışıb

“Biz ardıcıl dörd səfər görüşü keçirdik, onlardan üçündə qalib gəldik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nyukasl”un futbolçusu Den Bern “Qarabağ” oyunu öncəsi danışarkən deyib. O, daha sonra belə davam edib:

“Səfər görüşlərimizin statistikası haqda çox danışırdılar. Fikrimcə, bu vəziyyəti yaxşıya doğru dəyişə bildik. Bu gün “Qarabağ”la oyuna çıxacağıq. Ardınca yenə evdə “Everton”la qarşılaşırıq. Yaxşı ki, ardıcıl iki ev oyunumuz var. Ümid edirəm ki, hər iki matçda yaxşı oyun göstərəcəyik”.

İlk oyun 6:1 hesabı ilə “Nyukasl”ın xeyrinə başa çatmışdı. Bu gün isə komandalar saat 00:00-da cavab görüşünə çıxacaq.

Избранный
11
2
idmanxeber.az

4Источники