RU

Bakıdakı Dünya Kubokunda Azərbaycanı 6 idman gimnastı təmsil edəcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 fevral, AZƏRTAC

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.

35 ölkədən idmançıların mübarizə aparacağı yarış martın 5-8-də təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
4
azertag.az

7Источники