RU

İlk çərşənbənin suya həsr olunması qədim Türk təfəkküründə suyun həyatın başlanğıcı sayılması ilə bağlıdır Video

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Su həyat və canlılıq mənbəyidir, təbiətin qucağındakı ən qiymətli xəzinədir. Bədənimizdə, yediyimiz qidada, nəfəs aldığımız havada və yaşadığımız dünyada demək olar ki, universal mövcudluğu onu həyatın davam etdirilməsi üçün ən vacib amil halına gətirir. Bu məqalədə su haqqında ətraflı məlumatı, o cümlədən onun kimyəvi formulunu, quruluşunu, xüsusiyyətlərini, bioloji proseslərdəki rolunu, həyatımıza təsirini, istifadəsini, su dövranını və ekosistemləri paylaşırıq.

Su həyatı təşkil edən elementdir. Su canlılara forma verən molekuldur. Su Yer üzündə canlıların yaşaması üçün əsas tələbdir. İnsanlar, bitkilər və heyvanlar da daxil olmaqla bir çox orqanizmin həyatı davam etdirmək üçün ən çox ehtiyacı var. Suyun olması planetimizi unikal edən və həyatın davam etməsini təmin edən vacib amildir.

Yer üzündə suyun olması yalnız içməli su mənbəyi və ya təbii sərvət deyil, həm də həyatın davamlılığı üçün çox vacibdir. Su canlı orqanizmlərin yaşaması və müxtəlif ekosistemlərin tarazlığı üçün vacibdir.

Bu gün Novruza qədər olan çərşənbələrdən ilki su çərşənbəsidir. Su çərşənbəsi baharın ilk nəfəsi, torpağın və insanın daxilən yuyunmağa başladığı gündür. Qədim inanclara görə, bu gün su təkcə bədəni deyil, ruhu da təmizləyir, köhnə ilin ağırlığını axıb aparır. İnsanlar səhər tezdən axar su üstünə gedər, arzularını suya pıçıldayar, sanki ümidlərini həyatın özünə tapşırarlar. Su burada sadəcə təbiət ünsürü deyil, diriliyin, saflığın və yenilənmənin rəmzidir.

Türk mifologiyasında “Yer-Su” anlayışı var idi — su müqəddəs qəbul olunur, qoruyucu ruhlarla əlaqələndirilirdi. Axar suların başında dua etmək, suya niyyət söyləmək inancı da buradan gəlir. Su həm şahid, həm də təmizləyici qüvvə sayılırdı. İnsanlar inanırdı ki, su yalnız bədəni deyil, taleyi də yuyur, köhnə enerjini aparır.

Su çərşənbəsi bu mifoloji yaddaşın davamıdır. Novruz ənənəsində dörd ünsür – su, od, yel və torpaq – mərhələli şəkildə oyanır və bu ardıcıllıq təsadüfi deyil. İlk çərşənbənin suya həsr olunması qədim türk təfəkküründə suyun "həyatın başlanğıcı" sayılması ilə bağlıdır.

Mifoloji təsəvvürlərdə kainat əvvəlcə sudan yaranıb, həyat suyun içindən doğulub. İnsanlar səhər tezdən bulaq və ya çay kənarına gedərək əllərini və üzlərini yuyur, ürəyindəki arzuları suya pıçıldayırlar. İnanca görə, su həm bədəni, həm də ruhu duruldur.

Evdə su səpmək, küncləri yumaq və ev əşyalarını təmizləmək köhnə enerjini uzaqlaşdırmaq və bərəkət gətirmək rəmzi daşıyır.

Daxili təmizlik də eyni dərəcədə önəmlidir. Bu gün həm də kin və incikliyi axıdıb, bağışlamaq, küsülüləri barışdırmaq tövsiyə olunur.

Su çərşənbəsi həm də niyyət günü sayılır. İnanclara görə, ilin qalan hissəsinə bərəkət və uğur gətirə bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
bizimyol.info

1Источники