RU

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Ajans.az xəbər verir ki, aksiya 24 fevral – 20 mart 2026-cı il tarixlərini əhatə edir. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Ramazan payı” aksiyasına ianə etmək üçün Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür. Qeyd edək ki, Qırmızı Ürəklər Fondu fəaliyyət göstərdiyi 5 il müddətində bayram günlərində mütəmadi olaraq aztəminatlı ailələrə yönəlik müxtəlif sosial dəstək aksiyaları həyata keçirir.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün redhearts.az saytına daxil ola bilərsiniz. 

Избранный
33
20
Ajans.az

10Источники