Azərbaycanın sərbəst güləşçisi Ramiz Həsənov (79 kq) Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti yayıb.
O, 14 ölkənin təmsil olunduğu “Vladimir Semyonov Kuboku”nda bürünc medal qazanıb.