RU

Naxçıvanda yol kənarlarına yeni tinglər əkilir

ain.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 24 fevral, AZƏRTAC

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs nəzdində yaradılan “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni yaşıllıqların salınmasına başlanılıb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təhkim olunan sahələrə aqrotexniki qulluq göstərilir və müxtəlif növ tinglər əkilir. Avtomobil yollarının torpaq sahəsində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası, mühafizəsi istiqamətində kompleks tədbirlər icra olunur.

Ümumilikdə, il ərzində 230 hektar ərazidə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
azertag.az

1Источники