RU

XII tur məhsuldarlıqla yadda qaldı

Futzal üzrə Yüksək Liqada XII turun oyunları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, еurun açılış matçında "Araz-Naxçıvan" inamlı qələbə qazanıb. Naxçıvan təmsilçisi "Şuşa" üzərində 12:5 hesablı üstünlük əldə edərək çempionluq mübarizəsində vacib üç xalı aktivinə yazdırıb.

Günün ikinci qarşılaşması daha böyük hesabla yadda qalıb. Liderlərdən olan "Neftçi İK" U-19 komandasına heç bir şans verməyib. Paytaxt klubu U-19 üzərində 16:0 hesablı darmadağınla mövqeyini qoruyub.

Turun son görüşündə isə "Baku Fire" doğma azarkeşləri önündə inamlı oyun nümayiş etdirib. Bakı təmsilçisi "Lənkəran" komandasını 8:3 hesabı ilə məğlub edərək xal ehtiyatını artırıb.

Turnir cədvəli (XII turdan sonra):

"Neftçi İK" – 28 xal

"Araz-Naxçıvan" – 28 xal

"Baku Fire" – 20 xal

"Şuşa" – 15 xal

U-19 – 6 xal

"Lənkəran" – 0 xal

Beləliklə, iki lider – "Neftçi İK" və "Araz-Naxçıvan" – 28 xalla zirvədə qərarlaşıb və çempionluq uğrunda mübarizə daha da gərgin xarakter alıb.

Избранный
17
90deqiqe.az

1Источники