RU

İqtisadiyyat nazirinin müavini Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 fevral, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Abşeron rayonunda vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavablar və izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
5
azertag.az

7Источники