RU

"Xocalı. Üç faciə – bir ağrı" sənədli filminin təqdimatı keçirilib

CBC telekanalı Audiovizual Şuranın maliyyə dəstəyi ilə sənədli film hazırlayıb.

Aznews.az xəbər verir ki, "Xocalı. Üç faciə – bir ağrı" adlı ekran əsəri 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı, 10 iyun 1942-ci ildə Çexiyanın Liditse kəndinin məhv edilməsi və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş qətliama həsr olunub.

Təqdimatdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İdeya və ssenari müəllifi Gülzar Mustafayeva, quruluşçu rejissoru Məzahir Həşimov, operatorları Vüsal Ələkbərov və Samir Nurəliyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri isə Vüqar Xəlilovdur.

Filmdə İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrün faşizmi arasındakı oxşarlıqlara diqqət çəkilir.

Sonra filmin ssenari müəllifi Gülzar Mustafayeva və quruluşçu rejissoru M.Həşimov film haqqında məlumat verib. Gülzar Mustafayeva bildirib ki, müharibənin ilk gülləsi anaya dəyir. Onu qətliamlar arasında paralellər yaratmağa vadar edən də məhz bu olub:

Избранный
6
1
aznews.az

2Источники