RU

İranla bağlı ziddiyyətli məlumatlar yayılır

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Xalq Mücahidləri Təşkilatının 250 üzvünün Tehran şəhərində İranın ali dini rəhbəri Əli Xamnəinin iqamətgahına hücum etdiyi iddia olunur.

Reyting.az xəbər verir ki, məlumatlar xarici sosial media seqmentlərində yayılıb.

İddialara görə, fevralın 23-də baş vermiş hücum barədə məlumatı Xalq Mücahidləri Təşkilatının özü yayıb. Bir neçə saat davam etdiyi bildirilən insident zamanı təşkilatın 100 üzvünün həlak olduğu iddia edilir.

Hücumun məqsədi ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. İran hökuməti və rəsmi media hələlik məsələyə münasibət bildirməyib.

Bəzi mənbələrdə hətta Əli Xamnəinin ölümü ilə bağlı iddialar da yayılıb.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
reyting.az

1Источники