RU

"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ın müdafiəsini yarmaqda çətinlik çəkirdik

BAKI, 25 fevral. TELEQRAF

"1/8 final mərhələsinə yüksəlmək bizim üçün tarixi bir nailiyyətdir".

Teleqraf xəbər verir ki, bunu İngiltərənin "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau evdə "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis komandasının çıxışından razı qalmayıb: "Qarabağ"a qarşı oyunumuzun o qədər də yaxşı olduğunu düşünmürəm. Yəqin ki, əsas problemimiz matçın əvvəlində hesabı 2:0 etməyimiz oldu. Daha çox qol vurmaq üçün lazım olan istəyi göstərə bilmədik. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkirdik. İkinci hissədə isə qarşılıqlı hücumların sayı çox idi".

Hau növbəti mərhələdə də sona qədər mübarizə aparacaqlarını əlavə edi: "1/8 finalda rəqibimiz kim olursa olsun ("Çelsi" və ya "Barselona"), komandada müsbət ab-hava olacaq. İnanıram ki, biz oyun səviyyəmizi yüksəldə və istənilən rəqiblə mübarizə apara bilərik. Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Избранный
38
1
teleqraf.com

2Источники