RU

İraqda Türkiyədən idxal edilən yaşıl alçanın kiloqramı 500 dollardan satılır

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İraqın Süleymaniyə şəhərində Türkiyədən idxal edilən yaşıl alçanın kiloqramı 500 dollara satılır.

Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Süleymaniyədə nadir meyvələr satan Mehdi Hüseyn Türkiyədəki istehsalçılarla xüsusi razılaşmalar bağlayaraq, ən tez yetişən məhsulları təmin etdiklərini bildirib:

"İlkin mərhələdə gətirilən 23 kiloqramlıq partiya hələ yoldaykən müştərilər tərəfindən rezerv edilib. Əhalinin böyük tələbatı səbəbindən idxala başladıq. İnsanlar alça ala bilmək üçün iki ay əvvəlcədən adlarını yazdırıblar".

Qeyd edilir ki, yaşıl alçalar daha çox xüsusi məqsədlər üçün istifadə olunur. Xüsusilə dəbdəbəli toylarda, böyük ziyafətlərdə və bəzək məqsədli təqdimatlarda bu meyvələr status simvolu olaraq masalarda yerini alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
oxu.az

1Источники