RU

Qurban Qurbanov: İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu

İngiltərə klublarına qarşı çıxış etmək "Qarabağ" klubuna böyük təcrübə qazandırıb.

"Far.Az"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib: "Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Cari mövsüm Çempionlar Liqasında İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu. Oyunçularımın hər birindən çox razıyam. "Nyukasl"la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi. Matçın əvvəlində buraxılan 2 qoldan sonra oyunçular özlərini ələ ala bildilər".

Qurban Qurbanov İngiltərə klubunun azarkeşlərinə minnətdarlığını bildirib: "Onlar bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. "Nyukasl" komandasına qarşıdakı matçlarda uğurlar arzu edirəm, öz azarkeşlərimizə də təşəkkürümü çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, "köhlən atlar" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Избранный
16
4
far.az

10Источники