Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsiBalıkəsir vilayətində qəzaya uğrayıb.
Trend-inməlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"sosial şəbəkəsində yazıb.
Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu BaşHava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.
Qeyd edilib ki, dərhal başlanan axtarış-xilasetmə əməliyyatlarınəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və təyyarəninqalıqları tapılıb. Hadisə nəticəsində təyyarənin pilotu həlakolub.
"Qəzanın səbəbi araşdırma qrupu tərəfindən aparılanaraşdırmalardan sonra müəyyən ediləcək", - deyə bildirilib.