RU

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındı

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in məlumatına görə, Cəbrayıl rayonunun Horovlu kəndinə köçedənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda,sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlətqayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.

Избранный
24
49
az.trend.az

10Источники