RU

Minlərlə "Opel" geri çağırılır

Alman avtomobil istehsalçısı Opel Yaponiyanın Takata şirkətinin istehsal etdiyi təhlükəsizlik yastıqları ilə bağlı genişmiqyaslı geri çağırış kampaniyasına start verib.

Milli.Az xəbər verir ki, məlumata görə, yüksək temperatur və rütubətli iqlim şəraitində hava yastığının qaz generatorunda nasazlıq yarana bilər. Bu isə qəza zamanı sistemin düzgün işləməməsinə, hətta ciddi xəsarət və ölüm riskinə səbəb ola bilər.

Geri çağırış 2003-2018-ci illər arasında istehsal edilmiş səkkiz modeli əhatə edir.

Siyahıya aşağıdakı avtomobillər daxildir:

Opel Astra

Opel Astra 10

Opel Cascada

Opel Meriva

Opel Mokka

Opel Vectra

Opel Signum

Opel Zafira

Şirkət avtomobil sahiblərinə rəsmi diler mərkəzlərinə müraciət edərək təhlükəsizlik yastıqlarının yoxlanılması və zərurət yaranarsa dəyişdirilməsi tövsiyə olunur. Bildirilir ki, texniki müdaxilə pulsuz həyata keçiriləcək.

Qeyd edək ki, "Takata" istehsalı hava yastıqları ilə bağlı problem son illərdə dünya üzrə bir çox avtomobil markasında oxşar geri çağırışlara səbəb olub.

Hüseyn
Milli.Az

Избранный
25
2
milli.az

3Источники