RU

Türkiyədə narkotik əməliyyatı - 10 nəfər həbs edilib

Türkiyənin İstanbul şəhərində narkotik və çirkli pulların yuyulması əməliyyatında 10 şübhəli saxlanılıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, istintaq MASAK (Maliyyə Cinayətlərinin Təhqiqi Şurası) və Avropol üzv ölkələri ilə əməkdaşlıq çərçivəsində aparılıb.

135 əmlakın, 47 motorlu nəqliyyat vasitəsinin, 1 kommersiya nəqliyyat vasitəsinin nömrə nişanının və 42 şirkətin səhmlərinin müsadirə olunduğu bildirilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
14
missiya.az

1Источники