RU

Braziliyada güclü yağışlar 30 nəfərin həyatına son qoyub

Braziliyanın cənub-şərqində yerləşən Juiz de Fora və Uba şəhərlərində leysan yağışlar nəticəsində 30 nəfər ölüb, 39 nəfər itkin düşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, 440 nəfər evlərindən təxliyə olunub, zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edilib.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva sosial şəbəkə platforması "X"də paylaşım edərək həlak olanların ailələrinə başsağlığı verib və hökumətin zərərçəkənlərə dəstək olacağını bildirib.

Seyranə Quliyeva

Missiya.Az

Избранный
18
missiya.az

1Источники