RU

Rusiyada gübrə zavoduna PUA hücumunda 4 nəfər ölüb, yaralılar var

Rusiyanın Smolensk vilayətində gübrə zavoduna edilən dron hücumu nəticəsində ən azı dörd nəfər ölüb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, PUA hücumu səhər saat 6:00 radələrində zavodun yerləşdiyi Dorogobujski rayonunda baş verib.

Dörd nəfər həlak olub, onlardan üçü xilasedicidir. Daha dörd nəfər ağır xəsarətlərlə vilayət xəstəxanasına yerləşdirilib.

Yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə davam edirlər.

Ümumilikdə, Rusiya hava hücumundan müdafiə qüvvələrinin ötən gecə ərzində ölkə daxilində 69 Ukrayna dronunu hücumunu dəf etdiyi bildirilib.

PUA-lardan 14-nün Smolensk vilayəti ərazisində vurulduğu qeyd olunub.

Избранный
3
4
apa.az

9Источники