RU

“Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soyub”

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mərhum Xalq artisti Roza Cəlilovanın nəvəsi  Lalə Aslanur onun evinin qarət olunduğunu bildirib.

Axşam.az xəbər verir ki, Lalə hadisənin rəqqasə vəfat edən gün yaşandığını deyib. O bildirib ki, R.Cəlilovanın bacısısı qızı öz övladı ilə birlikdə rəqqasənin evinə daxil olub və hər şeyi götürüb:

"Roza Cəlilovanın hüquqi varisi olan oğul nəvəsi kimi nənəmin vəfatından sui istifadə edib, oğurluq törədən şəxslər barəsində məlumat vermək istəyirəm. Nənəm vəfat edəndə onun yaxınlığında qalan bacısı qızı Yeganə Aslanova qızı Lenay Seidəlizadə ilə bərabər nənəmin evinə gəlib. Polis və Təcili tibbi yardım əməkdaşları onun oğlunun olub-olmadığını soruşarkən, yalandan deyiblər ki oğlu yoxdur. Atam haqqında xoşagəlməz ifadələr işlədiblər. Yeganə nənəmin nəşini Təzə Pir məscidinə aparıb qoyub və tez evə qayıdıblar. Evi qarət ediblər: Nənəmin Prezidentin verdiyi bütün dilpomlarını, ordenlərini, mədəniyyət nazirinin verdiyi mükafatları, bank kartlarını, pul vəsaitini götürüblər. Sonra gəlib yas mərasiminə qatılıblar. Həmin şəxslər saxta sənədlərlə 5 dövlət qurumunu aldadıb. Roza Cəlilovanın oğlu və nəvəsi Ədliyyə Nazirliyinin təsdiq etdiyi sənədlərlə Səbail rayon polis şöbəsinə, bir çox hüquq orqanlarına təqdim edib. Amma 3 aydır bununla bağlı heç bir tədbir görülmür".

L.Aslanur bildirib ki, bundan əvvəl də sağlığında nənəsi Yeganə Aslanovanı polisə şikayət edib:

"Nənəm evindəki qızıllarının oğurlandığını demişdi. Onu polisə şikayət etmişdi". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
8
axsam.az

9Источники