RU

Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə günahsız qurbanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin rəhbəri Murad Muradov çıxış edərək gənclərə Xocalı faciəsi haqqında ətraflı məlumat verib, bu hadisənin Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu və xalqımızın yaddaşında silinməz iz buraxdığını bildirib. Onun sözlərinə görə, bu soyqırımı hadisəsi tariximiz boyu unudulmayacaq. Hazırda isə Xocalı dirçələn, yeni həyat quran bir məkana çevrilir və bu, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün göstəricisidir. 

Mərkəzin rəhbəri 2020-ci ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış 44 günlük Vətən müharibəsidə əldə olunan tarixi Zəfərin Azərbaycanın ərazi bütövlüyünün bərpası, bununla yanaşı Xocalı şəhidlərinin qisasının döyüş meydanında alınması ilə nəticələndiyini qeyd edib. 

M.Muradov gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin mərkəzin əsas vəzifələrindən biri olduğunu bildirərək vurğulayıb ki, tələbələr tarixi həqiqətləri dərindən bilməli, milli-mənəvi dəyərlərə sadiq olmalı, dövlətçilik ənənələrinə hörmət ruhunda formalaşmalıdırlar.

Tədbirin sonunda soyqırıma həsr olunmuş sənədli film nümayiş olunub. 

P.ƏMİRCANOV
XQ

Избранный
14
xalqqazeti.az

1Источники