RU

Azərbaycanda fərdi məlumatların qorunması sahəsində yeni yanaşma hazırlanır

Hazırda Azərbaycanda fərdi məlumatların qorunması çərçivəsində yeni yanaşma işlənib hazırlanır.

"Far.Az" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə bildirib.

"Fərdi məlumatların qorunmasına dair tələblər 2010-cu ildə qəbul edilmişdi, lakin hazırda GDPR-ə (məlumatların qorunmasına dair Aİ-nin tətbiq etdiyi qayda - red.) daha uyğun olan yeni yanaşma hazırlanır. Hesab edirəm ki, bu versiya yaxın gələcəkdə qəbul ediləcək. Bundan başqa, sözügedən versiyada müddəalar da nəzərdən keçirilərək yenilənib, məlumat sahiblərinə və onların məlumatların qorunması sahəsində məsuliyyətlərinə aid müəyyən məsələlər tənzimlənib", - o qeyd edib.

Избранный
15
far.az

1Источники