RU

Meksikada Kartelin yeni lideri keçmiş həyat yoldaşı Rosalinda ola bilər?

Meksikada ölkənin ən böyük narkotik kartellərindən biri olan Xalisko Yeni Nəsil Karteli (CJNG)nin “El Menço” ləqəbli lideri Nemesio Oseguera Cervantes (59) bazar günü ordu tərəfindən öldürülüb.

Bunun ardınca təxminən 30 min üzvü olduğu bildirilən kartel 20 ştatda yolları bağlayıb, avtomobilləri yandırıb və iş yerlərinə silahlı hücumlar edib. Hərbçilərlə kartel üzvləri arasında ağır silahlı toqquşmalar yaşanıb.

“El Menço”nun öldürüldüyü “Şəfəq əməliyyatı” və iki gün davam edən qarşıdurmalarda 70-dən çox insanın həlak olduğu, onlardan 25-nin hərbçi olduğu bildirilib.

Məlumata görə, o, şənbə gecəsini Tapalpa istirahət bölgəsində sevgilisi ilə keçirib. Səhər qadın ayrıldıqdan sonra kolluğa qaçan narkobaronun vurulduğu qeyd olunur. ABŞ-nin kəşfiyyat dəstəyi verdiyi əməliyyatla bağlı iddialardan birinə görə, onun yerini keçmiş həyat yoldaşı Rosalinda Gonzalez Valencia (63) hüquq-mühafizə orqanlarına xəbər verib.

1996-cı ildə evlənən və üç övladı olan cütlük 2018-ci ildə boşanıb.

Yeni lider Rosalinda?

Narkotik fəaliyyəti ilə məşğul olan ailədən gələn Rosalinda Qonsales Valensiya “El Menço”dan ayrılsa da, milyardlarla dollar dövriyyəsi olan və zorakılıqla tanınan CJNG ilə əlaqəsini kəsməyib.

Избранный
14
aznews.az

1Источники