ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 fevral, AZƏRTAC
Baş nazir Viktor Orbanın hökumət başçısı postuna yenidən seçilmək üçün kampaniya apardığı bir vaxtda Avropa İttifaqı liderləri Ukraynaya 90 milyard avro ayrılması üçün Macarıstana təzyiq göstərməkdən çəkinirlər.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Brüssel ən ciddi siyasi sanksiya olan Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsini işə salmaqla Macarıstanı səsvermə hüququndan məhrum edə bilər, lakin bu, “seçki kampaniyasında Viktor Orbanın xeyrinə işləyərdi”.
Xatırladaq ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Kiyevə 90 milyard avroluq kreditin ayrılmasının qarşısını alacağı ilə bağlı Avropa Şurasının rəhbəri Antonio Koştanı məlumatlandırıb.
Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.