Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycanın iki yelkənçisi gənclər arasında keçiriləcək ILCA IV Avropa çempionatında iştirak edəcək.
Azərbaycan Yelkən Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda ölkəmizi Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcəklər.
Turnir aprelin 11-dən 18-dək İspaniyanın Mursiya şəhərində təşkil olunacaq.