RU

Tom Henks “ABŞ prezidenti” olacaq


Tanınmış Amerika aktyoru Tom Henks yeni filmində ABŞ prezidentini canlandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Məlumata görə, 69 yaşlı aktyor “Linkoln bardoda” romanı əsasında çəkiləcək dram filmində ölkənin 16-cı prezidenti Avraam Linkoln rolunu oynayacaq.
Real və uydurma personajların yer aldığı film Linkolnun 11 yaşında vəfat edən oğlu Uilyamla münasibətlərinə həsr olunur.
Filmin rejissoru Dyuk Conson, prodüseri isə Tom Henks olacaq.
Избранный
18
yeniavaz.com

1Источники