RU

Kivu ÇL-lə vidalaşmaqları haqda

style='margin-bottom:10px;'>

"İnter"in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Bodo-Qlimt"ə uduzmaqları (1:2) haqda danışıb.

QOL.az xəbər verir ki, bu komandalar arasında ilk matçda da "Bodo-Qlimt" qələbə qazanmışdı. Nəticədə Norveç təmsilçisi iki oyunun cəmində İtaliya klubunu 5:2 hesabı ilə üstələyərək sensasiya edib və adını 1/8 finala yazdırıb. "İnter" isə yarışda mübarizəni dayandırıb.

Kivu görüşdən sonra açıqlamasında deyib: 

"Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Daha çox qol vura bilmədik və bu, onlar üçün zehni cəhətdən rahatlıq yaratdı. Tənqid edəcək bir şeyim yoxdur. Futbolçularım əllərindən gələni etdilər. Məyusuq, çünki mərhələ keçmək istəyirdik. Rəqiblərimizi yalnız təbrik edə bilərik. Həm nəticənin özü, həm də turnirdən kənarlaşdırılmağımız məyusedicidir. Bəlkə də, ilk qolu biz vursaydıq, onları məğlub edə bilərdik. "Bodo-Qlimt" etibarlı şəkildə müdafiə olundu və oyuna nəzarət etdi. İkinci hissədə enerjimiz çatmadı və 2 dəfə qol buraxdıq".

Избранный
15
1
teleqraf.com

2Источники