
Yaponiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bu barədə məlumat yayıb.
Yeraltı təkanlar Şikoku adasında yerli vaxtla saat 18:07-də (Bakı vaxtı ilə saat 13:07) qeydə alınıb. Zəlzələnin episentri təxminən 34.500 nəfər əhalisi olan Nakamura rayonundan 98 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.Təbii fəlakət nəticəsində dağıntı və ya tələfat barədə hazırda heç bir məlumat yoxdur.
İlahə QənbərliMissiya.Az