RU

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Aznews.az xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı artıq çatıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 115 nəfər köçürülüb.

Избранный
3
30
aznews.az

10Источники