RU

Qadınları gözləyən səssiz TƏHLÜKƏ

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Amerika Ürək Assosiasiyası növbəti 25 ildə qadınlar arasında ürək xəstəlikləri və insult hallarının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, qurumun məlumatına görə, 2020-ci ildə qadınların 10,7 faizində ən azı bir növ ürək-damar xəstəliyi olduğu halda, bu göstərici 2050-ci ildə 14,4 faizə çata bilər. Hazırda ürək-damar xəstəlikləri ABŞ-da qadınlar arasında əsas ölüm səbəbidir.

Mütəxəssislər bildirirlər ki, artımın əsas səbəbləri piylənmə, diabet və yüksək təzyiqdir.

Artım təkcə yaşlı qadınlarda deyil, 20-40 yaş arası gənc qadınlarda və hətta yeniyetmə qız uşaqlarında da gözlənilir.

Assosiasiya bildirir ki, müalicə sahəsində irəliləyişlər olsa da, əsas diqqət profilaktika və erkən diaqnoza yönəldilməlidir.

Aişə Abdulova

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
cebheinfo.az

2Источники