Yerli mətbuat mərasimdə bir neçə sabiq məmurun iştirak etdiyini vurğulamışdı. Bu sırada Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağıl Əhmədovun və xanımının da adı hallanırdı. Əhmədovların qonaqlar arasında olması sonradan öz təsdiqini tapdı. Fotoda: Tağıl Əhmədov
Bəylə gəlni təbrik etməyə gələn qonaqlar arasında sabiq deputat Aqiyə Naxçıvanlı və sabiq rektor Gülçöhrə Məmmədova da olmuşdu. Hər iki xanımım məclisdə iştirakını təsdiqləyən fotolar mövcuddur. Fotoda: Gülçöhrə Məmmədova
Məlumatlara görə, toya dəvət alıb orada iştirak edənlərdən biri də sabiq baş prokuror Zakir Qaralov olub. Həmçinin AMEA-nın sabiq vitse-prezidenti Rasim Əliquliyev, sabiq deputat, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov və keçmiş təhsil naziri Misir Mərdanov da dəvətlilər arasında idi. Fotoda: Misir Mərdanov
Qonaqların arasında bəzi məşhurlar da olub. Bu sırada Azərbaycan Dövlət Filarmoniyasının sabiq direktoru, Xalq artisti Murad Adıgözəlzadənin və həyat yoldaşı müğənni Aysel Teymurzadənin də adlarını çəkə bilərik. Hətta o vaxt Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev toy görüntülərinin yayılmasına görə müğənni Aysel Teymurzadəni ittiham etmişdi. O, Ayseli toydan müxalifət saytlarına görüntülər ötürməkdə suçlamışdı. Fotoda: Murad Adıgözəlzadə və həyat yoldaşı müğənni Aysel Teymurzadə
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı həmin vaxt ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağan idi.
Nazim Hüseynzadə / Metbuat.az