RU

ATU-nun tələbə şəhərciyində “Qonaq evi” açılıb

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) tələbə şəhərciyində xarici ölkələrdən universitetə proqram əsasında gələn professor-müəllim heyəti üçün yeni “Qonaq evi” istifadəyə verilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli deyib: “Qonaq evi”ndə universitetimizə gələn xarici müsafirlərə rahat və gözəl şərait var. Burada onların həm işgüzar fəaliyyətini, həm də istirahətini nəzərə almışıq”.

“Qonaq evi” müxtəlif ölçülü otaqlar, tam təchiz olunmuş mətbəx, sürətli vayfay və hər otaqda ayrıca sanuzel ilə təmin olunub. Məqsəd universitetdə qonaq olan hər kəs üçün yüksək rahatlığı olan ev şəraiti təqdim etməkdir.

Избранный
17
1
azertag.az

2Источники