RU

Türkiyədə irimiqyaslı antiqumar əməliyyatı: 15 milyardlıq şəbəkə çökdürüldü

Türkiyənin Batman, İstanbul, Ankara, Antalya, İzmir, Sakarya, Kastamonu, Nevşehir, Mersin və Diyarbəkir şəhərlərində qanunsuz mərc oyunları ilə bağlı əməliyyatlar keçirilib.

Bu barədə Moderator.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, Batman Baş Prokurorluğunun koordinasiyası altında vilayətin polis idarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində şəhərdəki qanunsuz qumarxanalar və onlayn mərc oyunları saytları vasitəsilə əldə edilən "qara pullar"ın müxtəlif hesablara, daha sonra isə kripto hesablarına köçürülərək yuyulduğu aşkar edilib.

Bundan əlavə, 81 şübhəlinin iki milyondan çox bank əməliyyatlarında 15 milyard 172 milyon 805 min 258 türk lirəsi məbləğində köçürmələrin həyata keçirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarına aid 105 qrup və 350 personalın iştirak etdiyi əməliyyat zamanı 73 şübhəli saxlanılıb, 8 şübhəlinin tutulması üçün işlər davam etdirilir.

Избранный
7
moderator.az

1Источники