RU

Litva səfiri Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım etdi

BAKI, 25 fevral. TELEQRAF

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib.

Teleqraf xəbər verir ki, diplomat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün Litva səfirliyi Xocalı faciəsinin qurbanlarını yad edib. Bu, dərin kədər günüdür. Biz Azərbaycanda hələ də dərindən hiss olunan kədəri bölüşürük”, – səfir bildirib.

Diplomat qeyd edib ki, tarixi xatırlamaq və ondan nəticə çıxarmaq bəşəriyyətin bu cür faciələrin bir daha təkrarlanmamasına kömək edə bilər.

Избранный
18
1
teleqraf.com

2Источники