RU

Hansı sahələrə investisiyalar qoyulmalıdır? İqtisadçı ekspert AÇIQLADI

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Milli Məclisdə deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi "ölkə iqtisadiyyatına böyük investisiyaların qoyulmasına ehtiyac var" fikri, məncə, aktualdır. Azərbaycanın iqtisadi inkişafı üçün böyük və məqsədyönlü investisiyalara həqiqətən ehtiyac var. Xüsusilə qeyri-neft sektorunun gücləndirilməsi vacibdir ki, ölkə iqtisadiyyatı yalnız enerji gəlirlərindən asılı olmasın”.

Bunu Redaktor.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi.

“Məncə, investisiyalar daha çox kənd təsərrüfatına, emal sənayesinə və informasiya texnologiyalarına yönəldilə bilər. Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi həm məhsuldarlığı artırar, həm də regionlarda məşğulluğu gücləndirər. Emal və istehsal sahələrinin inkişafı ixrac imkanlarını genişləndirə bilər. İnformasiya texnologiyaları və startaplara yatırım isə gənclər üçün yeni imkanlar yaradar və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verər. Bununla yanaşı, yaşıl enerji və turizm sahələri də perspektivli istiqamətlərdir. Ümumilikdə isə investisiyaların səmərəli olması üçün şəffaflıq, sabit iqtisadi mühit və düzgün planlaşdırma əsas şərtlərdir”.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
redaktor.az

2Источники