RU

Keyn: “Bu haqda heç nə bilmirəm”

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Harri Keyn “Barselona”nın ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib."Football-plus.az" xəbər verir ki, “Bavariya”nın hücumçusu bu məlumatlardan xəbərsiz olduğunu deyib:

“Bu barədə heç nə eşitməmişəm. Bu işlərlə atamla qardaşım məşğul olurlar, amma onlar da mənə heç nə deməyiblər. Bir müddət əvvəl də dediyim kimi, “Bavariya”də çox xoşbəxtəm. Bütün diqqətimi bu mövsümə və komandadakı çıxışıma yönəltmişəm. “Barselona”nın marağını isə kompliment kimi qəbul edirəm”.

Qeyd edək ki, Harri bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxaraq 43 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
4
icma.az

5Источники