RU

BQ şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

25 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BQ" ASC-nin 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Emitentin adı:  "BQ" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2007020939

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi/Birqiymətli hərrac

İstiqrazların sayı:  20 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  2 000 000 manat

İllik gəlirlilik faizi:  15%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  7 il

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  "İNVEST-AZ İnvestisiya Şirkəti" QSC

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
119
5
marja.az

10Источники