RU

Beş üzvü ağır xəstə olan çarəsiz AİLƏNİN FƏRYADI – VİDEO

Ruhi xəstəlikdən əziyyət çəkən övladlar, xəstə ata və onlara baxmaqda çətinlik çəkən ağbirçək ana…

NOCOMMENT.az xəbər verir ki, söhbət Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Şahbazovlar ailəsindən gedir.

Hazırda 87 yaşlı ailə başçısı Çoban Şahbazovun qızı 52 yaşlı Gülnaz Şahbazovanın, oğlanları 53 yaşlı Şamil Şahbazovun və 61 yaşlı Ədalət Şahbazovun, həmçinin nəvəsi 34 yaşlı Şahbaz Şahbazovun diqqətə, qayğıya ehtiyacı var.

Çarəsiz qalan Güləmmər Şahbazova -nin qaynar xəttinə müraciət edərək kömək istəyir.

“Evdə beş xəstə var, hamısına mən baxıram. Həyat yoldaşım beş aydır əməliyyat olunub, yeriyə bilmir. Qızım isə onkoloji xəstədir. Bir neçə ay Bakıda müalicə etdirdik, daha sonra pulumuz olmadı. Nəvəmi isə qorumasam kiminsə dalınca düşüb gedə bilər. Hamısı müalicə edilməlidir”, – deyə o bildirib.

Ağır şəraitdə yaşayan ailənin vəziyyəti ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Şahbazov Çoban İmanqulu oğluna 2020-ci ildə üç ay 100 AZN, sonra isə hər il bayramlarda maddi yardımlar verilib. 2025-ci ildən isə aztəminatlı ailələrə büdcədən yardımlar ayrılmadığı üçün nəzərdə tutulan maddi yardımlar dayandırılıb. /Baku TV/

 

Избранный
48
2
nocomment.az

3Источники