RU

17 il əvvəl itkin düşən gənc qızın meyiti TAPILDI – Dəhşətli qətl ÜZƏ ÇIXDI – FOTO

Türkiyədə 17 il əvvəl itkin düşən gənc qızın sümükləri tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Manisa şəhərində 2009-cu ildən bəri itkin düşmüş hesab olunan 17 yaşlı Ebru Koyuncu ilə bağlı cinayət işi yenidən açılıb.

Aparılan araşdırmalar nəticəsində Şehzadeler rayonunda yoxa çıxan gənc qızın əslində qətlə yetirildiyi məlum olub.

Gənc qızın keçmiş kürəkəni Ufuk Köse törətdiyi cinayəti etiraf edib.

Onun göstərdiyi ərazidə aparılan qazıntı işləri zamanı insana məxsus kəllə sümüyü və sümük qalıqları aşkar edilib.

Hadisə ilə əlaqədar Ebru Koyuncunun bacısı F.K., keçmiş kürəkəni Ufuk Köse və daha 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Ümumilikdə 6 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

Cinayətin başvermə səbəbləri və sümüklərin Ebruya məxsus olub-olmadığını dəqiqləşdirmək üçün ekspertizalar təyin edilib.

 

Xuraman Etibarlı

İnterpress.az

Избранный
41
interpress.az

1Источники