RU

ABŞ İran ətrafına 300-dən çox hərbi təyyarə göndərdi... - TƏFƏRRÜATLAR...



ABŞ İrana qarşı mümkün əməliyyatla əlaqədar Yaxın Şərqə 20-dən çox hərbi gəmi göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mümkün hücumla bağlı Yaxın Şərqdəki bazalarına 300-dən çox qırıcı və digər hərbi təyyarələr göndərdiyini açıqlayıb.

Ötən həftə ABŞ hökuməti RC-135 Rivet Joint siqnal kəşfiyyat təyyarələri, P-8 Poseidon dəniz patrul təyyarələri, MQ-9 Reaper silahlı pilotsuz uçuş aparatları və F-15, F-35 və EA-18 qırıcı təyyarələrini bölgədəki müxtəlif hərbi hava bazalarına yerləşdirildiyini, eyni zamanda Aralıq dənizi və Oman sahilləri boyunca döyüş gəmilərinin sayının 20-yə çatdırıldığını elan etmişdi.

Bölgədə aktiv şəkildə mövcud olan gəmilərdən əlavə, CENTCOM göndərilən reaktiv və digər hərbi təyyarələrlə bağlı təfərrüatları da açıqlayıb.

Qırıcı və hücum təyyarələri
F/A-18E - 84 ədəd
F/A-18F
F-16 - 48 ədəd
F-35A - 42 ədəd
F-35C
F-15E - 36 ədəd
F-151 C/D - 66 ədəd
F-22 - 12 ədəd
A-10 Thunderbolt II - 12 ədəd

Havadan erkən xəbərdarlıq, elektron müharibə və Müşahidə
E-3G Sentry - 6 ədəd
EA-18G Growler - 18 ədəd
EA-11A BACN - 5 ədəd
EL/M-2075 “Phalcon” - 2 ədəd
G550 CAEW “Eitam” - 2 ədəd
G550 SEMA “Shavit” - 4 ədəd

Dəniz patrul və pilotsuz hava vasitələri

P-8A Poseidon - 3 və ya daha çox
MQ-4C Triton - 1 ədəd

Nəqliyyat və yanacaqdoldurma təyyarəsi
KC-46
KC-135
KC-707 (14 ədəd)
KC-130H
HC-130J

Yüngül/xüsusi missiyalı təyyarə
B200 “Super King Air” - 13 ədəd

TAHİR

Избранный
12
baki-xeber.com

1Источники