RU

Rubio: ABŞ Kuba sahillərində baş vermiş kater insidenti barədə məlumatları araşdıracaq

ABŞ Kubadan katerlə bağlı baş vermiş insident barədə məlumat alıb, hazırda həmin məlumatları yoxlayır və öz mənbələrindən dəqiqləşdirmə gözləyir.

"Far.Az"un məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.

O qeyd edib ki, bu, ABŞ tərəfinin əməliyyatı olmayıb. Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, ABŞ hakimiyyəti məlumatları müstəqil şəkildə yoxlayacaq və Kuba nümayəndələrinin sözlərinə əsaslanmadan öz nəticələrinə gələcək.

Bundan əvvəl "The New York Times" (NYT) qəzeti adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, Kubanın sularına daxil olan katerin ABŞ Hərbi Dəniz Qüvvələrinə və ya Sahil Mühafizəsinə aidiyyəti olmayıb.

"ABŞ rəsmisi ilkin olaraq bildirib ki, atışma zamanı hədəf alınan gəmi qohumlarını Kubadan çıxarmaq üçün təşkil olunmuş flotiliyanın tərkibindəki mülki gəmi olub. O əlavə edib ki, həmin gəmi nə ABŞ HDQ-yə, nə də Sahil Mühafizəsinə məxsusdur. Daha sonra kəşfiyyat hücuma məruz qalanın ayrı bir gəmi olduğunu təsdiqləyib", - nəşr qeyd edib.

Xatırladaq ki, daha əvvəl Kuba Sahil Mühafizəsinin ada dövlətinin ərazi sularını pozan ABŞ-nin sürətli katerinə atəş açdığı məlum olmuşdu. İnsident nəticəsində ehtimal olunur ki, dörd nəfər ölüb, daha yeddi nəfər isə yaralanıb.

Избранный
26
far.az

1Источники