RU

Orban: Ukraynanın 800 minlik ordu saxlaması Macarıstanın maraqlarına uyğun deyil

Macarıstan Ukraynanın Rusiya ilə sülh əldə olunduqdan sonra 800 minlik ordu saxlaması ideyasına qarşıdır.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban bildirib.

“Düşünürəm ki, Ukrayna ordusunun mümkün qədər kiçik olması bizim maraqlarımıza uyğundur”, – deyə Orban "Patriota" adlı "YouTube" kanalına müsahibəsində qeyd edib.

Baş nazirin sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün təhlükəsizlik balansı nəzərə alınmalıdır.

Избранный
23
1
apa.az

2Источники