RU

Azərbaycanda iki komandanın bir dərdi var

“Qəbələ” bu mövsüm penaltidən qol vura bilməyən iki komandadan biri olmaqda davam edir.

“qırmızı-qaralar” Misli Premyer Liqasının 21-ci turunda “Sumqayıt”la səfər oyununda bu sindromu qırmağa yaxın olub.

Lakin Adriel Ba Loua qazanılan penaltini qola çevirə bilməyib. Bununla bölgə təmsilçisi cari mövsüm qazandığı ikinci penaltini də qolla tamamlamayıb.

Daha əvvəl 12-ci turda İbrahim Sanqare “Zirə” ilə səfər qarşılaşmasında rəqib qapıçı ilə dueldən məğlub ayrılmışdı.

“Qəbələ” ilə yanaşı, cari mövsüm penaltidən fərqlənə bilməyən digər komanda isə “İmişli”dir. Debütant qazandığı 3 onbirmetrlik zərbəni boşa verib.

“Sumqayıt” – “Qəbələ” qarşılaşması ilə bağlı daha bir maraqlı məqam diqqət çəkib. Belə ki, hər iki komanda bu mövsüm ilk dəfə meydanı qolsuz bərabərliklə tərk edib.

Hazırda çempionatda yalnız “Araz-Naxçıvan”ın matçlarında 0:0 hesabı qeydə alınmayıb.

Избранный
17
sportinfo.az

1Источники