RU

UEFA Konfrans Liqasında son 1/8 finalçılar müəyyənləşir

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinəyüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.

Trend xəbər verirki, Bakı vaxtı ilə saat 21:45-də dörd matç keçiriləcək.

Belə ki, "Fiorentina" "Yaqellaniya" ilə, "Riyeka" "Omoniya" ilə,"Samsunspor" "Şkendiya" ilə, "Çelye" isə "Drita" iləqarşılaşacaq.

Digər dörd oyun Bakı vaxtı ilə gecəyarısı start götürəcək."Kristal Palas" "Zrinski"ni, "AZ Alkmar" "Noah"ı, "Lex" "Kuopion"u,"Lozanna Sports" isə "Siqma"nı qəbul edəcək.

Xatırladaq ki, "Strasbur" (Fransa), "Rakuv" (Polşa), "AEK Afina"(Yunanıstan), "Sparta Praqa" (Çexiya), "Rayo Valyekano" (İspaniya),"Şaxtyor" (Ukrayna), "Maynz" (Almaniya) və "AEK Larnaka" (Kipr)liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

26 fevral

21:45. "Fiorentina" - "Yaqellaniya"

21:45. "Riyeka" - "Omoniya"

21:45. "Samsunspor" - "Şkendiya"

21:45. "Çelye" - "Drita".

27 fevral

00:00. "Kristal Palas" - "Zrinski"

00:00. "AZ Alkmar" - "Noah"

00:00. "Lex" - "Kuopion"

00:00. "Lozanna Sports" - "Siqma"

Избранный
19
az.trend.az

1Источники