





244 nömrəli tam orta məktəbdə fiziki tərbiyənin inkişafına dəstək: Azərbaycan qadın milli futbol komandası ilə görüş
2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən fiziki tərbiyənin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu strateji hədəfə uyğun olaraq 244 nömrəli tam orta məktəbdə il ərzində sistemli və məqsədyönlü fəaliyyət planı icra olunur.
Təsdiq olunmuş illik fəaliyyət planına əsasən məktəbdə müxtəlif idman yarışları, maarifləndirici görüşlər, sağlam həyat tərzi mövzusunda seminarlar və müxtəlif idman növləri üzrə ustad dərsləri təşkil edilir. Bu tədbirlərin əsas məqsədi şagirdlər arasında fiziki aktivliyə marağın artırılması, komanda ruhunun formalaşdırılması, sağlam rəqabət mühitinin yaradılması və sağlam həyat vərdişlərinin təşviqidir.
Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan qadın milli futbol komandasının məktəbə dəvət olunması olmuşdur. Görüş zamanı komanda üzvləri şagirdlərlə öz idman təcrübələrini bölüşmüş, uğura aparan yolun zəhmət, intizam və məqsədyönlülükdən keçdiyini xüsusi vurğulamışlar. Şagirdlər maraqlandıran suallarını ünvanlamış və peşəkar idmançı olmaq üçün tələb olunan keyfiyyətlər barədə ətraflı məlumat əldə etmişlər.
Tədbirin ən yaddaqalan hissəsi məktəblilərlə futbol üzrə mini-oyun və açıq məşq prosesinin təşkili olmuşdur. Xüsusilə qız şagirdlərin fəallığı və marağı diqqət çəkmiş, bu təşəbbüs onların futbola və ümumilikdə idmana marağının artmasına müsbət təsir göstərmişdir.
Görüşdə AFFA Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, A Milli yığma komandamızın baş məşqçisi Siyasət Əsgərov, futbolçular Nigar Mirzəliyeva, Mehriban Şahməmmədova və Nərgiz Əliyeva iştirak etmiş, qız futbolunun inkişafı ilə bağlı fikirlərini şagirdlərlə bölüşmüşlər.
Belə təşəbbüslər şagirdlər üçün təkcə motivasiya mənbəyi deyil, həm də onların fiziki və mənəvi inkişafına töhfə verən mühüm platformadır. 244 nömrəli tam orta məktəbdə fiziki tərbiyənin prioritet istiqamət kimi qəbul olunması sağlam, vətənpərvər və güclü nəslin formalaşdırılmasına xidmət edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта